Dijital sahə hər zaman öz nəticələri ilə bizi təəccübləndirməyi bacarır. Hər zaman A/B testinq bizi daha yaxşı nəticələri əldə etməmizə yardımçı olur. Belə testlərin birini də E-mail marketinqdə texniki problem yaşanan zaman etdiyimiz yanlışın nəticəsində öyrənmiş olduq. Bildiyiniz kimi e-mail marketinqdə bir emailin açılıb oxunçası üçün ən vaci əlamət elə emailin mövzu(subject) hissəsidir.
Yaxın günlərdə kompyuterimdə yaşanan nasazlıq maraqlı bir eksperiment aparmağımıza yardımçı oldu. E-maillərin açılmasının standartlaşdığı zamanlarda texniki xəta olaraq bir başlığımı “aaaaa” formasında müştərilərimizə yollandı. Öncə bundan təəsüflənsək də, daha sonra nəticə bizi kifayət qədər təəccübləndirməyi başardı.
Belə ki, əldə olunan nəticə indiyə kimi əldə edilmiş ən böyük açılma faizini (open rate) verdi bizə. Eyni zamanda maildə yollanan məhsullara tıklanılması (click rate) isə indiyə kimi əldə olunmuş ən böyük ikinci faiz idi.
E-mail marketinq alətləri üçün daha əvvələr yazmışdım. E-mail Marketinq üçün 5 alət
Hal-hazırda online satış saytlarının birində etdiyim analizlərin nəticəsi olaraq sizə bəzi nüansları qeyd edəcəm. Deməli, E-mail marketinqdə daha yaxşı open rate və click rate üçün nələri istifadə edə bilərik:
İlk öncə e-mailin göndərilmə vaxtını düzgün seçmək lazımdır. Əgər siz həftədə 2 dəfə email yollayırsınızsa bunun üçün tövsiyyə olaraq 1-ci və 4-cü günləri seçməyiniz daha məqsədə uyğun olardı. Əgər ki, həftədə 1 dəfə yollayırsınızsa bunun üçün yenə həftənin ilk iş günlərini seçmək yən 1 cə ya 2 ci günü seçmək sizə daha çox geri dönüş verəcək.
Emailinizi günün səhər saatlarında yollamağınız daha məqsədə uyğundur. Belə ki, səhər iş saatlarının yeni başladığı vaxtlarda yollanan emaillərin open rate-i digər vaxtlara nisbətən 2-4% daha çoxdur. Saat olaraq isə ən çox tövsiyyə etdiyim 10:00-11:00 arası yollamaqdır. Beləliklə siz saat 09:00-10:00 arası və 11:00-12:00 arası yollayacağınız emaillərin nisbətində 2-3% daha çox open rate əldə edə bilərsiniz.
Open rate-i artırmaq üçün ən əsas məsələ yuxarıda qeyd etdiyim kimi mövzu hissəsi çox önəmlidir. Mövzu hissəsində bəzi nüanslar (söz vəya ifadələr) var ki, bunu istifadə edərək daha çox faiz əldə etmə imkanınız var.
OPEN RATE:
- “Diqqət” – ekstra 3-4 % artırır
- “Artıq satışda” – ekstra 1-2% artırır
- “iPhone” – ekstra 2-5% artırır
- “Nə / Bu / Necə ” kimi əvəzliklərə (əsas da sual əvəzlikləri)- ekstra 5-7% artırır
- Xüsusi Təkliflərin yer aldığı başlıqlar – ekstra 1-3% arıtrır
- Əlavə maraq doğuran başlıqlar – ekstra 1-3% artırır
- Xüsusi xəbərlər (qanun/qadağa və s) – ekstra 3-8% artırır
CLİCK RATE:
- Apple məhsulları – ekstra 1-2% artırır
- Ümumi linklər – ekstra 2-5% artırır
- Rəngli linklər – ekstra 1-2% artırır
- Amazon saytı digərlərinə nisbətdə – ekstra 1-2% artırır
Bunları istifadə etmək sizə kifayət qədər irəliləyiş gətirə bilər. Ancaq unutmayın ki, emailinizi kimin oxumağını istəyirsinizsə ona görə dizayn edib və başlıq seçin. Beləliklə əldə edəcəyiniz nəticə daha səmərəli olar.