Xaricdə təhsil üçün konsultasiya

Artıq 2 ilə yaxın bir müddət olacaq xaricdə təhsil sahəsində və bir müddətdir ki, eyni sahədə idarəçi olaraq çalışıram. Bu zaman tələbələrin buraxdığı bir çox səhvləri görürəm. Eyni zamanda xaricdə təhsil konsultantantlarının düzgün yönləndirmədiyi müəyyən mövzulara toxunmaq istəyirəm. Yazım əsasən tələbələr üçün həm də müvafiq sahə üzrə əlaqəli insanlara hədəflənmişdir.

Yazım uzun ola bilər deyə ümumi başlıqlar altında sıralayacam. Sizə lazım olan hissəni rahatlıqla tapıb oxuya biləsiniz.

  • Xaricdə Təhsil üçün nə lazımdır ?
  • Universiteti necə seçməliyik?
  • İxtisası necə seçməliyik?
  • Pulsuz Təhsil?
  • Universitetin tanınması nədir və necə həyata keçirilir?
  • Dövlət Proqramı nədir ?
  • Xaricdə Təhsil şirkətini Təhsil Nazirliyi tanıyır mı ?
  • Xaricdə Təhsil şirkəti sizin üçün qəbulu necə həyata keçirir?
  • Xaricdə Təhsil şirkəti sizə hansı xidmətləri təklif edir?

  • Xaricdə Təhsil üçün nə lazımdır ?

Xaricdə təhsil üçün ilkin olaraq ölkələr üzrə qəbul şərtlərində həm bakalavr, həm də master proqramları (digər pillələr üzrə də) bir çox fərqlər mövcuddur. Bunları ümumi olaraq 2 hissəyə bölsəm hazırki bazar tələbinə uyğun olaraq aşağdakı kimi olacaq.

Türkiyə: Bakalavr üçün attestatla, YÖS, SAT, GRE, GMAT kimi imtahan nəticələrinizin olması lazımdır. Master üzrə isə ALES imtahan nəticəsi olması lazımdır əsasən. 

Avropa və Amerika: Bakalavr və Master üzrə təhsil üçün ən asan format  IELTS / TOEFL imtahan nəticələrinizin olmasıdır. Təbii ki, bu tələbin artıb azalması və bu dil sertifikatları ilə yanaşı sizin digər sosial və akademik göstəriciləriniz ilə bağlı tələb universitetin reytinqindən asılı olaraq dəyişə bilir. 

  • Universiteti necə seçməliyik?

Xarici ölkədə universitet seçərkən ilk növbədə sizin ölkəyə uyğunlaşmanızı göz önünə almalısınız. Əks təqdirdə nə qədər yaxşı universitet seçsəniz də o qədər başarılı ola bilməyəcəksiniz. Bundan daha önəmli olaraq isə universiteti umumi universitetlər arası reytinqinə görə deyil, sizin seçəcəyiniz müvafiq ixtisasa gör reytinqini dəyərləndirin. Tibb oxumaq üçün Tibb universiteti qala-qala gedib İqtisada girməyin. 🙂

  • Pulsuz Təhsil?

Adətən tələbələr adəti üzrə şirkətlərdən sıfır xərclə oxuyacaqları xarici ölkə istəyirlər. Sizə deyirəm ki, heç bir halda bu mümkün deyil. Səbəb:

  1. Akademik “backround” yaxşı olmalıdır
  2. Sosial “backround” yaxşı olmalıdır

Əgər ki, hər ikisi də yaxşıdır və ya qane edici olaraq varsa, o zaman siz xarici ölkələrdə təqaüd proqramı qazana bilərsiniz. Beləliklə isə təqaüd proqramı daxilində siz öz xərclərinizi sadəcə olaraq qarşılamış olacaqsınız. Bu isə PULSUZ OXUMAQ demək deyil, sadəcə xərclərinizin bir başqa qurum tərəfindən QARŞILANMASIDIR. Daima tələbələrə qeyd olunanda ki, universitet/yataqxana/digər rəsmi rüsümlar (viza və s.) xərciniz çıxmalıdır tələbələr onları da kiminsə (və ya şirkətin özünün) qarşılamasını istəyirlər. El dili ilə desək “halva biş, ağzıma düş”. Əzizlərim bu heç bir halda olacaq deyil. Əzizlərim, əziyyət çəkməsəniz qazana biləcəyiniz heçnə yoxdur.

Təqaüd proqramları adətən sizin aylıq minimum xərclərinizi qarşılayacaq şəkildə hesablanaraq təyin olunur.

  • Universitetin tanınması nədir və necə həyata keçirilir?

Universitetlərin tanınması hər zaman bütün azərbaycanlı tələbələrin diqqət mövzudur. Universitetin azərbaycan daxilində tanınmaması dünyada da tanınmır demək deyil! Ümumiyyətlə universitetin tanınması ilkin olaraq yerlərdə (ölkələrdə) olan təhsil qurumlarında(təhsil nazirliklərində) qeydiyyatı (lisenziyası) ilə həyata keçirilir. Bu prosesə ümumilikdə NOSTRİFİKASİYA deyilir, yəni XARİCİ DÖVLƏTLƏRİN ALİ TƏHSİL SAHƏSİNDƏ İXTİSASLARININ TANINMASI VƏ EKVİVALENTLİYİNİN MÜƏYYƏN EDİLMƏSİ.

Bunu sizə başa salmaq üçün aşağıda Türkiyənin bir universitetini sizinlə birgə araşdıraq. Məsələn olsun Aksaray universiteti. İlkin olaraq daxil oluruq ölkəmizin təhsil nazirliyinin saytına və oradan keçid edirik Nostrifikasiya ilə bağlı dövlət əhəmiyyətli sayta. Linkləri aşağıdakı şəkillərin üzərindən götürə bilərsiniz.

t%c9%99hsil-nazirliyi

Sayta daxil olduqda əsas 2 panel görəcəksiniz. Onlardan sizə lazım olanı “Universitetlərin siyahısı” adlı paneldir. Digəri dövlət xətti ilə gedə biləcəyiniz xaricdə təhsil üçün olan universitetlərdir. Bunları QƏTİYYƏN QARIŞDIRMAYIN!
tehsuil-2Universitetlərin siyahısına daxil olursunuz və sizə ölkəmizin diplomatik əlaqələri olan ölkələr müvafiq ardıcıllıqla təqdim olunur. Oradan istədiyiniz ölkəni seçirsiniz. Biz isə Türkiyəni tapıb üzərinə klikləyirik. Kliklədiyimiz zaman sayt sizi avtomatik olaraq ölkərlərin təhsil qurumlarının rəsmi saytına yönlədirəcək. Beləliklə siz yerlərdə olan universitetlərin lisenziya və digər məsələləri ilə tanış ola biləcəksiniz. Biz də isə Türkiyənin təhsil qurumu olan YÖK (Yüksek Öğretim Kurumu) veb səhifəsi açılır. Buradan da “universiteler” adlı panelə klikləyirik və bizə açılan pəncərədən sağda yuxarı hissədə universiteti axtarışa verərək baxa bilərsiniz. Əgər orada axtardığımız universiteti tapa biləcəyiksə deməli, UNİVERSİTET TANINIR. tehsil-3

Eyni zamanda Nostrifikasiya ilə bağlı qanuna nəzər salmaq istəsəniz aşağıdakı linkdə sizə yardımçı olacaqdır: http://edu.gov.az/az/page/164

  • Dövlət Proqramı nədir ?

Dövlət Proqramı Azərbaycan dövləti hesabına tələbələrin xaricdə təhsil almasıdır. Bunun üçün siz özəl şirkətlərə deyil bir başa Təhsil Nazirliyinə müraciət edə bilərsiniz. Ancaq ki, sənədlərin toplanması və müəyyən dəstək üçün (universitetdən qəbul üçün eyni zamanda) Təhsil Şirkətləri sizə yardımçı ola bilər.

İndiyə qədərki müddət ərzində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” aktiv idi. Bu il üçün də yeni bir proqramın həyata keçiriləcəyi müzakirə olunsa da hələki dəqiq bir nəticəni xaricdə təhsil şirkətləri olaraq gözləyirik. Müvafiq təhsil proqramı ilə bağlı qanun qaydalarla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: http://edu.gov.az/upload/file/xaricde-tehsil-dovlet-proqrami.pdf

  • Xaricdə Təhsil şirkətini Təhsil Nazirliyi tanıyır mı ?

Hər zaman qarşılaşdığımız suallardan biri də budur ki, “sizin şirkəti təhsil nazirliyi tanıyır ?”. Bu sualı vermək ümumilikdə yanlışdır. Çünki, Təhsil Nazirliyi dövlət qurumu olaraq müvafiq sahə üzrə heç bir şirkətlə vakant yerlərlə bağlı əməkdaşlıq etmir, almır, satmır! 

Siz sadəcə şirkətin dövlət tərəfindən rəsmi qeydə alınmış hüquqi ünvanlarını istəyə bilərsiniz ki, şirkətlər bunu sizə təqdim etməyə borcludurlar. Eyni zamanda müqavilə zamanı müqavilədə öz hüquqi ünvanları qeyd etməlidirlər. Beləliklə, yaranmış olan hər hansı problemdə müqavilə bağlayan hər iki tərəf rahatlıqla məhkəməyə müraciət edə bilər (daha ətraflı detal üçün hüquqşünaslara sualınızı ünvanlaya bilərsiniz).

  • Xaricdə Təhsil şirkəti sizin üçün qəbulu necə həyata keçirir?

Xaricdə Təhsil şirkətləri bir çox hallarda əməkdaşlıqlarla, bir sıra hallarda isə sizin əvəzinizə PEŞƏKAR olaraq universitetlərlə danışıqlara gedirlər. Nəticədə isə sizin qəbulunuzu rəsmiləşdirirlər.

  • Xaricdə Təhsil şirkəti sizə hansı xidmətləri təklif edir?

Xaricdə təhsil şirkətləri sizə adətən universitetdən qəbul almağı öz öhdəliklərinə götürürlər. Bununla yanaşı olaraq Yataqxana tapmaq və tələbənin müvafiq şəhərdə qarşılanması/ yerləşdirilməsi ilə bağlı xidmətləri öhdəliklərinə alırlar. Daha sonra şirkətlər sizə TƏQAÜD ilə bağlı sadəcə 50/50 söz verə bilərlər  (1-2 təqaüd proqramı istisna sayılır). Və bunlardan daha çox problem olan viza məsələsində isə tələbəyə yalnız və yalnız sənədlərin toplanmasında yardım edə bilirlər. Səbəb isə tələbə viza üçün öncədən təyin olunan vaxtda səfirliyə yaxınlaşdıqda səfirlik əməkdaşı ilə təkbətək görüşür. Nəticə isə bu görüşün əsasında müəyyən olur. Sənəd çatışmazlığı/problemi xaricində vizadan kəsilsəniz bu yalnız və yalnız tələbənin öz günahıdır.

Sonda isə qeyd etmək istəyirəm ki, bütün xaricdə təhsil almaq istəyən tələbələrə müvəffəqiyyətlər diləyirəm.

BİLMƏYƏNLƏRİ DƏ PAYLAŞARAQ MƏLUMATLANDIRIN! 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s